XƏBƏR LENTİ
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Rusiyada legioner virusa yoluxub
İdman 17:02 / 17.05.2020

Rusiya "Lokomotiv"inin futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.

Bu barədə TASS-a Moskva təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov açıqlama verib. O, perulu hücumçunun testinin müsbət nəticələndiyini və həkim məsləhətləri əsasında müalicə olunacağını bildirib.
Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. "Lokomotiv"də 2017-ci ildən çıxış edən 35 yaşlı oyunçu Rusiya çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. Pandemiya başladıqdan sonra o, heç yerə getməyib.
Qeyd edək ki, ötən gün Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.​ 


37378 oxunub

InvestAZ