XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Memorialda son qarşılaşma​
İdman 10:11 / 17.05.2020

Bu gün blits üzrə onlayn Vilhelm Steynits memorialında son turların oyunları keçiriləcək. Şəhriyar Məmmədyarov üçüncü günün oyunlarında rusiyalı şahmatçı Piter Svidler, vyetnamlı Le Quanq Liem, ABŞ şahmatçı Cefri Ksionq, ukraynalı Anton Korobov, ispaniyalı David Quiyarro və nəhayət son turda Rusiyanın daha bir təmsilçisi Aleksandr Qrişukla mübarizə aparacaq.

Ötən 12 turun oyunlarına görə, şahmatçımız 7 xalla üçüncü yerdədir. D.Dubov 8 xalla birinci, M.Karlsen 7,5 xalla ikinci yerləri tuturlar.
FIDE-nin və "chess24.com”un təşkilatçılığı ilə keçirilən turnir 18 turdan ibarətdir. Yarışın ümumi mükafat fondu 30 min avrodur. Turnir "chess24.com” şahmat platformasında oynanılır və birbaşa yayımlanır.


36622 oxunub

InvestAZ