XƏBƏR LENTİ
29 May 2020
28 May 2020
27 May 2020
26 May 2020



"Hamı kimi biz də eyni mövzudan yazırıq"
Gündəm 22:08 / 03.04.2020


Bu gün bütün dünyanı düşündü, bir məsələ var. Bəşəriyyət COViD-19 virusuna nə vaxt qalib gələcək. Bəli, nikbin olmalıyıq. Biz insanlar bu virusa heç vaxt təslim ola bilmərik. Yeganə çıxış yolu gigiyenaya fikir verib, evdə oturmalıyıq. Evdə oturanlar arasında həmkarlarımız da var. Bu gün dünyada idman yarışları dayandırılsa da, biz çalışırıq ki, oxucularımızın marağını cəlb edən yazıları və xəbərləri onlara təqdim edək. "Olimpiya dünyası.com" və "Olimpnews.az" ən son xəbərləri sizə çatdırır.
Bu gün dünyaca məşhur olan iki qəzetin əməkdaşının söhbətini sizə təqdim edirik.
Belə ki, AS qəzetinin müxbiri Xorxe Ernande "Sport-Ekspress"dən olan həmkarı Georgi Kudinovla İspaniyadakı vəziyyəti müzakirə ediblər. G.Kudinov həmkarından soruşur:

- Hazırda paytaxt Madriddə vəziyyət necədir?

- Karantin bizdə rəsmi olaraq, martın 15-dən başlayıb. Hamı evdə oturur, öz fəaliyyətini evdə davam etdirir. Məktəblər karantindən əvvəl bağlanıb. Yəni martın 11-də. Hazırda küçələr sükuta qərq olub. Yalnız ərzaq dükanları və apteklər işləyir. Digər sahələrdə fəaliyyətə qadağa qoyulub.

- Karantini pozanlar barəsində cərimələr nəzərdə tutulub?

- Polis gücləndirilmiş iş rejimində işləyir. İspanlar əvvəl bu virusa fikir vermirdilər,ona görə də onlar kütləvi yerdə toplaşır, karantinlə barışmırdılar. Hətta kabab (barbekü) bişirməkcün təbiətin qoynuna çıxırdılar. İstirahət günləri təxminən yüz min insan karantin qaydalarını pozmuşdu.

- Cərimələrin həcmi nə qədərdir?

- Bu vəziyyətdən asılıdır. Cərimələr 100-30 min avro aralığında dəyişir.

- Əgər yaxın adamlar futbol və basketbol oynamaq üçün bir meydançaya toplaşırlar hansı tədbirlər görüləcək?

- Əvvəlcə onu deyim ki, həmin meydançalar bağlıdır. Kimsə qaydanı pozub, bu addımı atsa 500 avro cərimələnəcək. Xoşbəxtlikdən heç kim bu barədə düşünmür.

- Necə düşünürsən, karantin virusla mübarizədə səmərə verəcək?

- Vəziyyət əvvəlki kimi ağırdır, amma hələ ki, yüksək həddə çatmayıb. Xəstəxanalarda virusa yoluxanların sayı yetərincədir. Tibb müəssisələrində apparatlar, süni havalandırma ləvazimatları kifayət etmir. Bütün dünyada olduğu kimi ən yaxşını düşünür, evdə oturmağı üstün tuturuq.

- Redaksiyada vəziyyət necədir? Qəzetiniz çıxırmı?

- Bəli. Qəzetimiz çap olunur. Saytımızı da boş qoymuruq. Hamı kimi biz də eyni mövzudan yazırıq.

- Redaksiyada virusa yoluxanlar varmı?

- Bunu bilmirəm. İspanların əksəriyyəti testlərdə iştirak etmədilər. Ətrafımızda yoluxanların sayı hər dəqiqə artsa da ,hələ ki özümü normal hesab edirəm. Dörd divar arxasında oturub darıxıram.

- Cəmiyyətdə əhval-ruhiyyə hansı səviyyədədir?

- İnsanlar birləşib. Hamı virusdan yaxa qutarmaq ,depresiyaya düşməmək barədə düşünür. Hələ qarşıda bizi çox itkilər gözləyir. Ölkələrin əksəriyyəti böyük iqtisadi tənəzzüllə qarşı-qarşıya qalacaq.

- İdmancılar özlərini necə aparırlar? Rejimi qoruya bilirlər?

- Bir qədər "ipə-sapa"yatırlar. Onlar özlərini xalqa örnək göstərməlidirlər. Varlı idmançılar virusla mübarizədə böyük pullar xərcləyirlər.

- Neçə düşünürsən futbol mövsümünüz davam edəcəkmi?

- Bəli, davam edəcək ,başqa cür mümkün deyil. Klublar maliyyə cəhətdən özlərini sığortalaya biliblər. Əsas sual odur ki, La Liqa nə vaxt başlayacaq. Bundan vacib məsələ isə virus nə vaxt yoxa cıxacaq. İnsanlar bu pandemiyadan nə vaxt qurtulacaq. Bu suallar öz cavabını tapan kimi əmin olun ki, La Liqa tezliklə başlayacaq.

Hazırladı: Anar Əhmədov

1573 oxunub

InvestAZ