XƏBƏR LENTİ
19 Sentyabr 2020
18 Sentyabr 2020
17 Sentyabr 2020
16 Sentyabr 2020
15 Sentyabr 2020



İspaniya kubokunun «Madrid Finalı»
İdman 16:15 / 10.01.2020

İspaniya superkubokunun finalçıları müəyyənləşib.. Belə ki, ikinci yarım final matçında "Barselona” və "Atletiko” komandaları üz-üzə gəlib. Görüş Səudiyə Ərəbistanın Ciddə şəhərində keçirilib. Gərgin mübarizə şəraitində keçən görüşdə qapılara beş qol vurulub. Katalonların vurduğu iki qola Dieqo Simyoninin yetirmələri üç qolla cavab verib. 59-cu dəqiqədə Lieonel Messinin, 74-cü dəqiqədə isə Jerar Pikenin vurduğu qollar isə videotəkrara baxıldıqdan sonra ləğv edilib.
Qeyd edək ki, ötən gün keçirilən ilk yarım final qarşılaşmasında digər Madrid təmsilçisi "Real” "Valensiya”ya – 3:1 hesabı ilə qalib gələrək finala mərhələsinə vəsiqəni təmin etmişdi. Həlledici görüş yanvarın 12-də keçiriləcək.

"Barselona” – "Atletiko Madrid” – 2:3.
Qollar: Koke, 46 (0:1), Messi, 51 (1:1), Qrizman, 62 (2:1), Morata, 81 (2:2), Korrea, 88 (2:3)

6723 oxunub

InvestAZ