XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AMPK-nin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edəcək
İdman 19:36 / 22.10.2019
 
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti Beynəlxalq Paralimpiya
Komitəsinin (BPK) oktyabrın 24-27-də Almaniyanın Bonn şəhərində keçiriləcək tədbirlərində iştirak edəcək.
Nümayəndə heyəti BPK-nın 30 illik yubileyinə həsr olunmuş tədbirlərdən sonra beynəlxalq qurumun konfrans və Baş Assambleyasının iclaslarına qatılacaq. Konfransda Paralimpiya hərəkatı və inkişaf yolunda əldə olunan nailiyyətlər, Paralimpiya idmanı, sosial həyata təsir göstərən investisiya və görülən işlər, yeni inkişaf və təcrübələrə dair milli komitələrin təqdimatları olacaq və BPK-nın yenilənmiş daimi üzvlərinin seçilməsi məsələləri müzakirə ediləcək.
BPK-nın Baş Assambleyasında qurumun daimi üzvlüyünə qəbul, Tokio-2020, Pekin-2022, Paris-2024 və Los-Anceles-2028 Paralimpiya Oyunlarına hazırlıqla bağlı hesabatlar dinləniləcək və müzakirələr aparılacaq.
Səfər müddətində İ.Rəhimovu komitənin birinci vitse-prezidenti Natiq Qasımov və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rüfət Hacılı müşayiət edəcəklər.

18728 oxunub

InvestAZ