XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



İki ölkə birlikdə çıxış edəcək
Olimpiya oyunları 11:01 / 18.02.2019

Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində birgə iştirak etməkdə maraqlıdırlar. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib. "Biz, həmçinin "Tokio-2020”də müxtəlif növlərdə birləşmiş komandaların yaradılmasını istəyirik”, - deyə T. Bax əlavə edib.
Ötən ilin sentyabrında Pxençanda Koreya Respublikasının prezidenti Mun Ce-in və KXDR-in lideri Kim Çen In 2032-ci il Yay Olimpiadasının hər iki ölkə ərazisində keçirilməsi ilə bağlı razılığa gəliblər. Bu məqsədlə BOK-a rəsmi məktub da göndərilib. Koreya Respublikasında artıq iki dəfə Olimpiada keçirilib. Belə ki, 1988-ci ildə Seulda Yay, 2018-ci ildə Pxençanda Qış Olimpiya Oyunları təşkil olunub.
İki Koreya ölkəsinin artıq bu sahədə müəyyən təcrübəsi var. Ötən il fevralın 9-da KXDR və Koreya Respublikası yığmalarının nümayəndələri vahid Koreya bayrağı altında "Pxençan-2018” Olimpiadasının açılış mərasimində idmançıların paradında iştirak ediblər. Bundan başqa, Koreya Respublikasının və KXDR-in qadınlardan ibarət birləşmiş xokkey komandası Olimpiya turnirində yarışıblar. 2018-ci ilin Asiya Oyunlarında da hər iki ölkəni təmsil edən bir neçə birləşmiş komanda mübarizə aparıb.

63666 oxunub

InvestAZ