XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Pekin-2022 Olimpiadasının talismanları ictimaiyyətə təqdim olunub
Olimpiya oyunları 18:03 / 30.09.2019

2022-ci ildə Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarının talismanları ictimaiyyətə təqdim olunub. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax talismanların təqdimatı ilə bağlı Pekində keçirilən təntənəli mərasimdə iştirak edib. Olimpiadanın talismanları uçan və şən panda Bin Dundun və Çin fonarı Cyue Junjundur. Təntənəli açılış mərasimində çıxış edən Tomas Bax deyib: "Baxdığımız hər yerdə Pekin-2022 Olimpiadası ilə bağlı böyük coşqu görmək mümkündür. Talismanlar milli ornamentləri özündə əks etdirir və inanıram ki, onlar Pekin-2022 Olimpiya Oyunlarının gözəl təmsilçiləri olacaqlar. Bu mərasim bir daha göstərdi ki, Çində idmanı çox sevirlər, xüsusilə də gənclər”. Pekinə səfəri zamanı BOK prezidenti Pekin-2022 Olimpiadası Təşkilat Komitəsinin rəhbəri Tsay Tsi ilə görüşüb. Onlar olimpiadaya hazırlıq məsələləri barədə müzakirələr aparıblar. Qeyd edək ki, XXIV Qış Olimpiya Oyunları 2022-ci ildə fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Pekin həm yay, həm də qış olimpiya oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq. Çinin paytaxtı yay Olimpiadasını 2008-ci ildə qəbul edib.

38087 oxunub

InvestAZ