XƏBƏR LENTİ
17 Sentiyabr 2019
16 Sentiyabr 2019
13 Sentiyabr 2019
17:37
12 Sentiyabr 2019
11 Sentiyabr 2019
10 Sentiyabr 2019



55 yaşlı səngər generalı - Ordumuzun Hippokrat andlıları müqəddəs savaşa hazırdır...
Mədəniyyət 12:59 / 29.08.2019

Avqustun 26-sı ölkənin ən sayılıb seçilən generallarından olan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Natiq Əliyevin 55 yaşı tamam olub.
Bununla bağlı sosial şəbəkələrdə generala həsr olunmuş videoçarx yayılıb və onun 55 illik yubileyini təbrik ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin rəhbərliyi altında Müdafiə Nazirliyinin tabeliyində olan bütün mərkəzi, regional və səhra qospitallarında yaradılan yüksək şəraitlə ölkə ictimaiyyəti kifayət qədər məlumatlıdır. Belə ki, 2016-cı ilin aprel döyüşləri zamanı çoxsaylı yaralılarımız məhz peşəkar hərbi tibbi personalın misilsiz xidmətləri hesabına həyata qaytarıldı və beləliklə şəhidlərimizin sayı ehtimal olunandan qat-qat az oldu. Buna MN Mərkəzi qospitalında və ilkin tibbi yardım göstərilən səhra qospitallarındakı şəraitin müqəddəs savaşa köklənməsi hesabına nail olunmuşdu. Bu yubiley günlərində xatırlatmaq yerinə düşər ki, aprel döyüşlərindən sonrakı bir neçə gündə evə getməyərək Natiq Əliyev yüksək vətənpərvərlik və peşəkarlıq nümunəsi göstərərək qospitallardakı yaralıların müalicəsinə bilavasitə nəzarət edib, tabeçiliyindəki personala "qospitaldan bir şəhid də çıxmamalıdır, bunun üçün hətta əlinizdən gəlməyəni də etməlisiniz" demişdi. Son nəticədə onun bu çağırışına yüksək səviyyədə əməl olundu və hamı gördü ki, təkcə səngərdəki əsgər və zabitlərimiz, cəbhə qərargahlarındakı generallarımız deyil, MN tibbi heyəti də hər an Ali Baş Komandanın əmrindən gələn vəzifələri şərəflə yerinə yetirmək iqtidarındadır.
Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov da general – mayor Natiq Əliyevin yubiliyi ilə bağlı xoş sözlər deyir:
"Silahlı Qüvvələrin tanınmış generallarından biri olan hörmətli Natiq Əliyevin 55 yaşı tamam olub. Uzun illərdir tanıdığım bu zabiti təbrik etməklə yanaşı, onun ordumuzun tibb sahəsinə verdiyi saysız-hesabsız töhfələrini də qeyd etmək istərdim. Həm əvvəlki illərdə, həm də son illər Azərbaycan Ordusunun elə bir hərbi hissə və birləşməsi qalmayıb ki, orada ən yüksək səviyyədə tibb ocaqları və müəssisələri yaradılmasın. Bu iş davamlı şəkildə aparılır və sevindrici haldır ki, şəxsi heyət arasında istər mövsumi xəstəliklər, istərsə də digər xəstəliklərin sayı xeyli azalıb. Məişət şəraitinin yaxşılaşdırılmasına, ərzaq menyusunun genişləndirilməsinə və rəngarəng edilməsinə, daha çox milli yeməklərə üstünlük verilməsi də xeyli ürəkaçan mənzərə yaradıb. general Natiq Əliyev həm özü, həm də tabeçiliyində olan tibbi personal 2016-cı ilin aprel savaşı zamanı da yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdi. Bir sözlə, Müdafiə Nazirliyinin Tibb sahəsi ilə bağlı görülən işlər ən yüksək qiymətə layiqdir. Təbrik edirəm hörmətli generalımızı. Xidmətində uğurlar arzulayıram".


572 oxunub

InvestAZ