XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Millimiz Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
İdman 15:38 / 21.08.2019
Avqustun 23-dən sentyabrın 8-dək qadın voleybolçular arasında Avropa çempionatı təşkil olunacaq. Qitə birinciliyinə Macarıstan, Polşa, Slovakiya və Türkiyə birgə ev sahibliyi edəcək.
Azərbaycan millisi çempionatda "C” qrupunda mübarizə aparacaq. Turnirdə voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya yığmaları ilə üz-üzə gələcəklər.
Millimiz ilk oyununu avqustun 23-də Xorvatiya yığmasına qarşı keçirəcək. Avqustun 25-də Azərbaycan–Hollandiya, ertəsi gün Macarıstan–Azərbaycan, ayın 28-də isə Azərbaycan–Estoniya görüşləri təşkil olunacaq. Yığmamız qrupda sonuncu oyununu avqustun 29-da Rumıniyaya qarşı keçirəcək.
"C” qrupunun oyunları Budapeştdə təşkil olunacaq.

21593 oxunub

InvestAZ