Moldovanın paytaxtı Kişineuda keçirilən cüdo üzrə U-23 Avropa çempionatına yekun vurulub.
37 ölkədən 308 (172 oğlan, 136 qız) idmançının mübarizə apardığı yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar.
Təmsilçilərimiz qitə çempionatını 2 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurublar.
Qızıl medalları komandamızın aktivinə İslam Rəhimov (-66 kq) və Kənan Nəsibov (+100 kq) yazdırıb.
Komandamızın digər üzvlərindən Ömər Rəcəbli (-81 kq) gümüş, Aslan Kotsoyev (-90 kq) isə bürünc medala layiq görülüb.
Beləliklə, yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuran komandamız 4 medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə tamamlayıb. Yarışda təkcə kişi cüdoçularımızın çıxış etməsinə baxmayaraq, yığmamız 37 ölkə arasında lider olmağı bacarıb.
139 oxunub