XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək
İdman 12:06 / 16.04.2025

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfəbütün ölkəni əhatə edəcək "Azərbaycan Şahmat Turu”("Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

2025-ci ildə ilk dəfə reallaşacaq "Azərbaycan Şahmat Turu”nda ölkədə 8 beynəlxalq açıqturnirtəşkil olunacaq. Bütün yarışlarbeynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.

Şahmat turuBakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda "Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. İyunun 18-25-i aralığında"Sheki Open”, 26 iyun-3 iyulda "Shamakhı Open”, 6-13 iyulda "Lankaran Open”, 15-22 iyulda "Guba Open”, 11-18 noyabrda"Ganca Open”,19-26 noyabrda isə "Shirvan Open” keçiriləcək.

"Azərbaycan Şahmat Turu” çərçivəsində həm də "Vüqar Həşimov Open” turniri baş tutacaq.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.



777 oxunub

InvestAZ