XƏBƏR LENTİ
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya Kubokunun qalibləri mükafatlandırıldı 
İdman 15:31 / 09.03.2025

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun bağlanış mərasimi olub. Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə yarışın son günündə qalib olan idmançılara medallar təqdim edilib.

Azərbaycan turniri bir qızıl medalla başa vurub. Komandamızın heyətində ötən gün halqalarla hərəkətlərdə Nikita Simonov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatları Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri və digər rəsmi şəxslər təqdim ediblər.

Son gündə qadınlar gimnastika tiri və sərbəst hərəkətlərdə, kişilər isə dayaqla tullanma, dəstəli at və turnikdə birinci olmaq üçün mübarizə aparıblar.

Dayaqla tullanmada Murad Ağarzayev yeddinci, turnikdə İvan Tixonov isə səkkizinci yeri tutublar.

Ötən gün Dəniz Əliyeva isə dayaqla tullanmada yeddinci olub.

Dörd gün davam edən yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku da təqdim olunub.

Qeyd edək ki, turnirdə 19 ölkədən gimnastlar çıxış edib.


17075 oxunub

InvestAZ