XƏBƏR LENTİ
16 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Nazir Şamaxı və Qobustan sakinlərini qəbul edib
İdman 15:24 / 16.01.2025
Yanvarın 16-da gənclər və idman naziri Fərid Qayıbov Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan öncə nazir Fərid Qayıbov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovla birlikdə Qobustan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. 

Qobustan Gənclər Evində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

7699 oxunub

InvestAZ