XƏBƏR LENTİ
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026



İsa Rütəmov: "Qələbəmi qəhrəman təyyarə ekipajına və sərnişinlərin əziz xatirəsinə həsr edirəm”
İdman 18:04 / 28.12.2024
"Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”. 
Bu sözləri Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olan İsa Rüstəmov deyib. 
73 kq çəki dərəcəsində qalib olan idmançımız ili qızıl medalla başa vurduğu üçün sevindiyini qeyd edib. 
"Bildiyiniz kimi dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün ümumiyyətlə vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”, - deyə isa Rüstəmov deyib.

17057 oxunub

InvestAZ