XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Ağırlıqqaldıranımız “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi oldu
İdman 17:43 / 28.12.2024
Ağırlıqqaldırma üzrə yığma komandamızın üzvü İsa Rüstəmov  Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi adını qazanıb. 
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 73 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırma hərəkətində isə 181 kq ağırlığı başı üzərinə qaldırıb. İsa Rüstəmov ümumi çəkidə 329 kq (148 kq+181 kq) nəticə ilə yarışı birinci pillədə başa vurub. 
Qeyd edək ki, "Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.

7321 oxunub

InvestAZ