XƏBƏR LENTİ
20 Mart 2025
19 Mart 2025
18 Mart 2025
17 Mart 2025



Daha bir boksçumuz Paris-2024-də mübarizəni dayandırdı 
İdman 17:48 / 30.07.2024

Bu gun Azərbaycanın daha bir boksçusu Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 51 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 1/8 finaldaDominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib. Görüş rəqib idmançının qələbəsi ilə yekunlaşıb. Beləlikllə, Malik Həsənov (63,5 kq) və Məhəmməd Abdullayevdən (+92 kq) sonraNicat Hüseynov da olimpiadada mübarizəni dayandırdı. Komandamızın digər üzvü Alfonso Dominqes (92 kq) isə ilk görüşdə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu gün daha bir boksçumuzMurad Allahverdiyevin (80 kq) rinqə çıxacaq. İdmançımızın rəqibi Misir təmsilçisi Abdelrahman Abdelqavvad olacaq. Döyüş Bakı vaxtı ilə saat 18:34-də başlayacaq.


8287 oxunub

InvestAZ