XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



AKAF “Bakı Marafonu-2024”də iştirak edib
İdman 11:15 / 06.05.2024

Ötən gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə sayca 7-ci dəfə təşkil edilən "Bakı marafonu-2024” keçirilib. "Küləyə qalib gəl” şüarı ilə təşkil edilən marafonda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) da iştirak edib. Marafona federasiyanın rəhbər heyəti, məşqçilər və idmançılar qatılıb.

Məlumat üçün bildirək ki, "Bakı Marafonu-2024”də 18 mindən çox iştirakçı yarışıb. Həmçinin marafona 200 nəfərdən artıq fəxri qonaq, 6 mindən çox tələbə, tanınmış incəsənət nümayəndələri, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrdən qoşulublar.

"Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar ərazisindən keçməklə şəhərin mərkəzi küçə və prospektləriniəhatə edib.


951 oxunub

InvestAZ