XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
İdman 18:53 / 06.05.2024

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında bu idman növünün inkişafı və təbliği məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kosta Rika Gimnastika Federasiyasının prezidenti Vilyareal Quadamus İvet Lorena tərəfindən imzalanıb.

Bildirilib ki, bu əməkdaşlıq federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, AGF daha əvvəl Monteneqro, Kuba və Hindistanın müvafiq federasiyaları ilə Anlaşma Memorandumu imzalayıb.


1309 oxunub

InvestAZ