XƏBƏR LENTİ
19 May 2024
17 May 2024
16 May 2024
15 May 2024
14 May 2024
13 May 2024



BOK prezidenti Sena çayında üzməyə hazırdır
İdman 16:06 / 06.05.2024

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Paris-2024 Yay Olimpiya Oyunlarının startından əvvəl Sena çayında üzməyə hazır olduğunu bildirib.

"Mənəhələ bu barədə hər hansı bir təklif gəlməyib. Əgər dəvət göndərilsə, məmnuniyyətlə razılıq verəcəyəm. Ümid edirəm ki, Senanın suyu çox soyuq olmayacaq”, - deyə Niderlandın ad.nl saytıBaxın sözlərindən sitat gətirib.

Məlumat üçün bildirək ki, Paris-2024-ün Təşkilat Komitəsi uzun müddətdir ki, Sena çayının vəziyyəti ilə bağlı tənqid dalğası ilə üzləşib. Hətta Fransa prezidenti Senanın olimpiadaya uyğun olmasını sübut etmək üçün Oyunların məşəli alovlanana qədər çayda çiməcək. Artıq şəhərin meri Anna Hidalqo da oxşar açıqlama verib. Məlumat üçün bildirək ki, tez-tez yağan yağışlar və suyun çirklənməsi səbəbindən sakinlərin çimməsinə bir əsrdir ki, icazə verilməyib.


1172 oxunub

InvestAZ