XƏBƏR LENTİ
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024
10 Aprel 2024
09 Aprel 2024



Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu yarıdılıb
İdman 21:07 / 04.03.2024
Qış İdman Növləri Federasiyasının və "Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu yarıdılıb.

Klubun yaradılmasının əsas məqsədi xizək sürmək bacarığı olan yerli media nümayəndələrini klub ətrafında bir araya toplamaq, onların peşəkar xizəkçi kimi formalaşmasına dəstək göstərmək, o cümlədən "Beynəlxalq Jurnalistlərin Xizək Klubu”nun (Ski Club of International Journalists) hər il müxtəlif ölkələrdə media nümayəndələri arasında təşkil etdiyi yarışlara qatılmaq və Azərbaycanı təmsil etməkdir.

Bu məqsədlə "Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu” bu idman sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və klubun daha geniş coğrafiyada tanıdılması üçün Qazaxıstanın Almatı Şəhərində "Beynəlxalq Jurnalistlərin Xizək Klubu”nun təşkil etdiyi 69-cu toplantısında iştirak edib.23 ölkənin 130 iştirakçısının qatıldığı toplantıda yeni yaradılan "Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu”, eyni zamanda Azərbaycanda xizək idmanın inkişafı və potensialı, xizək kurortlarının imkanları haqqında iştirakçılara ətraflı məlumat verilib.

Toplantı çərçivəsində "Azərbaycanın Xizəkçi Jurnalistlər Klubu” tərəfindən təməli 1955-ci ildə qoyulan və dünyanın 31 ölkəsinin 1000-dən artıq jurnalistinin üzv olduğu "Beynəlxalq Jurnalistlərin Xizək Klubu”na üzvlüklə bağlı müraciəti ünvanlanıb.

Martın 10 kimi davam edəcək idman tədbirində iştirakçılar Qazaxıstanın Şimbulak Dağ Kurortu ilə yaxından tanış olacaq, Beynəlxalq Jurnalistlərin Xizək Klubu”nun təşkil etdiyi xizək yarışının müxtəlif dissiplinlərində birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, yeni yaradılan "Azərbaycan Xizəkçi Jurnalistlər Klubu”nun ölkənin bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələrindən seçilən 6 üzvü var. Klub üzvlərinin təlimləri "Şahdağ” Turizm Mərkəzində həyata keçirilir.

1488 oxunub

InvestAZ