XƏBƏR LENTİ
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024
10 Aprel 2024
09 Aprel 2024



2025-ci il Asiya Qış Oyunlarının yarış cədvəli təsdiqlənib
İdman 10:05 / 04.03.2024

Asiya Olimpiya Şurasının açıqladığı yarış cədvəlinə əsasən, 2025-ci il Asiya Qış Oyunları fevralın 7-14-də Çinin şimal-şərqindəki Harbin şəhərində keçiriləcək.

Oyunlarda altı idman növü üzrə 64 yarış təşkil olunacaq. Açılış mərasimindən iki gün öncə, fevralın 5-də kişilər və qadınlar arasında buz hokkeyi və körlinq yarışları başlayacaq. Altı idman növünə biatlon, körlinq, buz hokkeyi, konkisürmə, xizəksürmə və xizək alpinizmi daxildir.

Buz yarışları 1996-cı il Asiya Qış Oyunlarının mövcud məkanlarından istifadə etməklə Harbində, qar yarışları isə Harbindən 193 kilometr məsafədə yerləşən Yabulidə keçiriləcək.

Açılış və bağlanış mərasimləri Harbin Beynəlxalq Konfrans, Sərgi və İdman Mərkəzində baş tutacaq.

Yanvarın 11-də oyunların şüarı, emblemi və maskotları rəsmi olaraq təqdim edilib. Təşkilat komitəsindən verilən məlumata görə, tədbirə hazırlıq tam sürətlə davam edir, yarışların keçiriləcəyi yerlər və yardımçı obyektlər təmir olunur.

Regional oyunlar bundan öncə də iki dəfə Çində keçirilib. 1996-cı ildə Harbin, 2007-ci ildə isə Jilin əyalətləri oyunlara ev sahibliyi edib.



1379 oxunub

InvestAZ