XƏBƏR LENTİ
11 Dekabr 2025
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025



Meksikalı boksçu özünə çox güvənir
İdman 20:38 / 27.02.2024

Məşhur meksikalı boksçu Rayan Qarsiya UFC döyüşçüsü Şon OMalli ilə döyüşündən danışıb. "Mən sizi əmin edirəm ki, onu məğlub edəcəyəm. Açığı, mən onu boksda nokaut etmək istərdim. Lakin bu ədalətli qərar olmayacaq. MMA-da özümü sınamaq yaxşıdır. Hər gün məşq edirəm. Nate Diaz və Aleks Pereyra mənə kömək edirlər. Qələbə mənim olacaq" - deyə Qarsia «MMAFightingonSBN» YouTube kanalında bildirib.

Xatırladaq ki, Qarsiyanın hesabında 24 qələbə və bir məğlubiyyət var. O, sonuncu dəfə 2023-cü il dekabrın 2-də rinqə çıxıb. Onun rəqibi səkkizinci raundda nokautla məğlub etdiyi Oskar Duarte Xuardo olub.


21442 oxunub

InvestAZ