XƏBƏR LENTİ
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019



Paytaxtımızda beynəlxalq turnir keçirilir
İdman 14:21 / 06.06.2019

Bakı daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi edir. Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Badminton Federasiyasının (ABF) təşkilatçılığı, Dünya Badminton Federasiyasının və Avropa Badminton Konfederasiyasının birgə dəstəyi ilə iyunun 6-da Bakıda "Azerbaijan International 2019” turniri start götürüb.
"International Challenge” seriyalı turnirdə 39 ölkədən 220-ə yaxın idmançı mübarizə aparır. Bu, "International Challenge” seriyalı turnirlər üçün rekord göstəricidir. Ümumi mükafat fondu 25 min ABŞ dolları olan yarış Bakı İdman Sarayında təşkil edilib.
Beynəlxalq Badminton Federasiyasının təqvim planına daxil olan, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına reytinq xalları qazandıracaq "Azerbaijan International” turnirində beş kateqoriya üzrə qalib və mükafatçılar müəyyənləşəcək.
Azərbaycan bu beynəlxalq turnirdə geniş heyətlə təmsil olunacaq. Turnirdə 20 badmintonçumuz mübarizə aparacaq. Görüşləri Avropadan və Asiyadan olan 16 hakim idarə edəcək. Əsas hakimlər arasında Azərbaycandan Fidan və Gülcənnət Hüseynli bacıları da var.

1451 oxunub

InvestAZ