XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Petr Çex: “Mövsümü kuboksuz başa vurduğum üçün təəssüflənirəm”
İdman 12:02 / 30.05.2019
"Özümlə və bu matçdakı oyunumla qürur duyuram. Görüşdən əvvəl bəzi təzyiq və söz-söhbət var idi. Amma meydanda əlimdən gələn hər şeyi etdim. Bu mövsümü kuboksuz başa vurduğum üçün təəssüflənirəm. Buna layiq deyildik, çünki mövsüm ərzində çox çalışdıq. İnsanlar üçün bu mövsümü kuboksuz başa vurduğumuzu demək asandır. Amma hər kəs əmin ola bilər ki, etdiyimiz işlər komandanı daha da gücləndirəcək". "Arsenal"ın qapıçısı Petr Çex Avropa Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra deyib. Bu görüşlə futbolçu karyerasını başa vuran çexiyalı qolkiper "Çelsi"də bir vəzifədə işləyəcəyi iddialarına da münasibət bidirib: "Kuboku qaldırmağı və bundan sonra düşünmək istədiyimi həmişə söyləmişdim. 30 iyuna kimi "Arsenal"ın oyunçusuyam. Nələrin olacağını sonra görəcəyik".

23398 oxunub

InvestAZ