XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın güləşçimiz İtaliyada gümüş medal qazandı
İdman 18:36 / 27.05.2019


İtaliyanın Sassari şəhərində güləşin hər 3 növü üzrə Matteo Pelikone Memorialı keçirilib.
Yarışın 2-ci günündə mübarizəyə qadın güləşçilər qoşulublar. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında yığmamızın 4 üzvü xalça üzərinə çıxıb. Alyona Kolesnikin Rusiya güləşçisiylə görüşü gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fənd edən rəqib sonuncu xal prinsipinə əsasən növbəti mərhələyə yüksəlib. Elis Manolova qazaxıstanlı güləşçiylə görüşdə 3:0 önə keçsə də, son saniyələrdə üstünlüyü əldən verərək uduzub. Tatyana Omelçenko da bənzər aqibətlə üzləşib. Təmsilçimiz Koreya idmançısıyla qarşılaşmada 2:0 hesabı ilə öndə olsa da, yekunda mübarizədən məyus ayrılıb. Mübarizəyə 1/4 finaldan qoşulan Elmira Qəmbərova tunisli güləşçiylə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisiylə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib. Həlledici qarşılaşmada İsveçin digər nümayəndəsiylə qarşılaşan Qəmbərova məğlub olaraq gümüş medalı boynundan asıb.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyub.



20564 oxunub

InvestAZ