XƏBƏR LENTİ
05 Dekabr 2023
04 Dekabr 2023
03 Dekabr 2023



Beynəlxalq badminton turnirinin qalibləri müəyyənləşib
İdman 21:22 / 08.11.2023

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlərin beynəlxalq badminton turnirinin qalibləri müəyyənləşib.

Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən idmançılar Şamaxı İdman Olimpiya Kompleksində 5 kateqoriya üzrə yarışıblar.

Kişilərin şəxsi yarışının finalında badmintonçumuz Diki Pangestu türkiyəli Əmrə Laləyə 2:1 hesabı ilə qalib gələrək, turnirin qızıl medalına sahib çıxıb.

Qadınların şəxsi yarışının həlledici duelində Türkiyə təmsilçisi Özgə Bayrak idmançımız Era Maftuhanı hər iki setdə üstələyib.

Kişilərin qoşa yarışında Sərhat Salim-Yusuf Ramazan (Türkiyə) tandemi Diki Pangestu-Muhammed Kadafi cütünə 2:1 (20:22, 24:22, 22:20) hesabı ilə qalib gəlib.

Qadınların qoşa yarışında türkiyəlilər İlayda Nur-Sare Ece finalda Aişa Zumabek-Nargiza Raxmatullayeva (Qazaxıstan) qoşasını hər iki setdə məğlub edərək, qızıl medal qazanıb.

Qarışıq qoşa kateqoriyasında badmintonçularımız Muhammed Kadafi-Era Maftuha həlledici görüşdə Buğra Aktaş-Sinem Yıldız (Türkiyə) tandemini 2:0 (21:19, 21:18) hesabı ilə məğlub edib.

Sonda qaliblər mükafatlandırılıblar.


4931 oxunub

InvestAZ