XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Qurban Qurbanov ən nüfuzlu idman mükafatına layiq görülüb
İdman 12:39 / 23.10.2023

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova ədalətli oyun prinsiplərinə görə verilən "Jean Borotra World Fair Play Career” mükafatı təqdim olunub.

Təcrübəli mütəxəssis ən nüfuzlu idman mükafatını Beynəlxalq Feyr-Pley Komitəsinin (CİFP) Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan təqdimetmə mərasimində alıb. Baş məşqçinin CİFP-in "Jean Borotra World Fair Play Career” və "Pierre de Coubertin World Trophy” mükafatlarına namizədliyi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) tərəfindən irəli sürülüb. Komitə onun bir dəfə deyil, karyerası boyu ədalətli oyun prinsiplərinə sadiq qalmasını nəzərə alıb və Qurbanovu daha nüfuzlu "Jean Borotra World Fair Play Career” mükafatına layiq görüb.

Xatırladaq ki, Qurban Qurbanov 2022-ci ildə UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel” klubu ilə ev oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirib. O, daha əvvəl 2015-ci ildə "İnter”lə Premyer Liqa, üç il sonra Rusiya "Kuban”ı ilə yoxlama oyununda hakimlərin səhv penalti qərarından sonra futbolçulara zərbəni qeyri-dəqiq vurmağı tapşırıb.



15981 oxunub

InvestAZ