XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Qılıncoynadanımız İstanbulda fərqləndi
İdman 19:41 / 22.10.2023

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri Anna Başta Türkiyənin İstanbul şəhərində keçirilən "Satellite” turnirində bürünc medal qazanıb.

Qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançımız yarımfinaladək irəliləməyi bacarıb.

O, pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumıniyalı Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib.

Anna Başta finalın bir addımlığında Ukrayna sablyaçısı, sonradan turnirin qalibi olan Olqa Xarlana 10:15 hesabı ilə məğlub olub və bürünc medalla kifayətlənib.



13991 oxunub

InvestAZ