XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Rafael Ağayev Braziliyada xüsusi məşq keçib
İdman 20:54 / 22.10.2023

Azərbaycanın tanınmış karateçisi Rafael Ağayevin iştirakı ilə Braziliyada seminar təşkil olunub. 5 qat dünya və 11 qat Avropa çempionu Ribeyrao-Preto şəhərindəki Albert Sabin məktəbində "Olimpiya” komandasının üzvlərinə xüsusi məşq keçib.

Titullu idmançı "Olimpiya” kollektivinin məşqçisi Rikardo Agiarın dəvəti ilə Braziliyaya yollanıb.

Qeyd edək ki, Rafael Ağayev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş, İslam Həmrəyliyi Oyunları və Avropa Oyunlarının isə qızıl mükafatçısıdır.


15005 oxunub

InvestAZ