XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Cüdoçularımızın Olimpiya Dünya Reytinqindəki mövqeləri açıqlanıb
İdman 12:42 / 22.10.2023

Azərbaycan cüdoçularının Olimpiya Təsnifat Dövrü üçün növbəti Olimpiya Dünya Reytinq siyahısı açıqlanıb. Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici hələlik Hidayət Heydərova (73 kiloqram) məxsusdur. O, öz çəki dərəcəsində ikinci pillədə qərarlaşıb. Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) isə öz çəkiləri üzrə üçüncü sırada yer alıblar.

Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında ölkələrdən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.


14423 oxunub

InvestAZ