XƏBƏR LENTİ
26 May 2024
24 May 2024
23 May 2024
22 May 2024
21 May 2024
20 May 2024



Azərbaycan çempionatının təqvimi müəyyənləşdi
İdman 14:20 / 13.09.2023

Həndbol üzrə XXX Azərbaycan çempionatının təqvimi müəyyənləşib. Kişi və qadınlar arasında təşkil olunacaq yarışın püşkatma mərasimi keçirilib.

2023/2024 mövsümünə noyabrın 11-12-də keçiriləcək I turun oyunları ilə start veriləcək. Qadınlarda 6 ("Azəryol”, "Bakı”, "İdman Akademiyası”, "Gənclər Birliyi”, "Kür”, "Qarabağ”), kişilərdə isə 7 ("Azəryol”, "Bakı”, "Dinamo”, "İdman Akademiyası”, "Kür”, "Təhsil”, "Qarabağ”) komanda mübarizə aparacaq.

I turun təqvimi:

Qadınlar
11 noyabr

13:00. "Azəryol” - "Gənclər Birliyi”
17:00. "Kür” – "Qarabağ”
12 noyabr
13:00. "Bakı” - "İdman Akademiyası”

Kişilər
11 noyabr

15:00. "Kür” – "Təhsil”
12 noyabr
11:00. "İdman Akademiyası” - "Dinamo”
15:00. "Azəryol” - "Qarabağ”

Qeyd edək ki, ölkə çempionatının oyunları "AHF Arena”da təşkil olunacaq.



8668 oxunub

InvestAZ