XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



FİFA: 32-nin 48 olması üçün hələ tezdi
İdman 13:33 / 23.05.2019


2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya birinciliyinin Təşkilat Komitəsi qarşıdakı turnirin iştirakçılarının sayının 32-dən 48-ə çatdırılmasına razılıq verməyə hazır olub.
Lakin Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) mayın 22-də elan edib ki, dünya birinciliyində iştirak edən ölkələrin sayı dəyişməyəcək.
Bu qərar Qətərdə əlavə matçlar keçirilməsinə hazırlaşmaq üçün təşkilatın vaxtının çatışmaması ilə bağlıdır. FİFA-nın prezidenti Canni İnfantino əvvəlcə deyirdi ki, dünya çempionatının iştirakçılarının sayını 2022-ci ildən başlayaraq artırmaq, həmçinin görüşlərin bir qisminin Qətərdə kənarda keçirilməsi mümkündür. Bu məqsədlə əsas namizədlər Qətərlə qonşu Küveyt və Oman dövlətləri idi. Lakin sonradan Oman nümayəndələri bildiriblər ki, turnirin oyunlarının bir qisminin bu ölkədə keçirilməsi onların maraqlarına uyğun deyil.
Təşkilat Komitəsində qeyd ediblər ki, turnirin başlanmasına üç il yarım qalmış bu ölkə qarşıdakı dünya birinciliyində 32 komandanın iştirak etməsi tarixdə ən yaxşı birinciliklərdən biri olacaq. Onların sözlərinə görə, bu çempionat bütün ərəb dünyasının qürur duymasına əsas verəcək.
Dünya çempionatına Qətərin ev sahibliyi etməsi barədə qərar FİFA icraiyyə komitəsi tərəfindən 2010-cu ilin dekabrın qəbul edilib. Elə həmin vaxt elan olunub ki, 2018-ci ildə dünya birinciliyi Rusiyada keçiriləcək. Qətər futbol üzrə dünya çempionatına ev sahibliyi edən ilk Yaxın Şərq ölkəsi olacaq.
Qarşıdakı turnir həm də onunla əlamətdar olacaq ki, dünya birinciliyi tarixdə ilk dəfə yayda deyil, payız-qış mövsümündə keçiriləcək. dünya çempionatının matçları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərin yeddi şəhərində - Doha, Luseyl, əl-Vakra, əl-Xaur, əl-Rayyan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.

20469 oxunub

InvestAZ