XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Klublarımızın Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşdi
İdman 19:26 / 24.07.2023

Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Sabah” ikinci mərhələsində Latviyanın RFŞ komandasını keçsə, Serbiya "Partizan"ı ilə qarşılaşacaq.

"Neftçi” ikinci təsnifat mərhələsində Bosniya və Herseqovinanın "Jelezniçar" komandasını mübarizədən kənarlaşdırsa, "Beşiktaş” (Türkiyə) – "Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

"Qəbələ” Kiprin "Omoniya" klubunu məğlub etsə, növbəti mərhələdə "Midtullan" (Danimarka) – "Proqres” (Lüksemburq) cütünün qalibinə rəqib olacaq.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-17-də keçiriləcək. "Sabah” və "Qəbələ” ilk matçlarını evdə, "Neftçi” isə səfərdə oynayacaq.


14117 oxunub

InvestAZ