XƏBƏR LENTİ
11 May 2025
10 May 2025
09 May 2025



Amerikalı futbolçu «Milan»a gəldi
İdman 11:08 / 13.07.2023

"Çelsi"nin yarımmüdafiəçisi Kristian Pulişiç yeni mövsümü "Milan"da keçircək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

O, ABŞ millisinin üzvünün sabah yeni klubunda tibbi müayinədən keçəcəyini və bundan sonra "Milan"ın bu transferi açıqlayacağını bildirib. 2022/2023 mövsümündə Pulişiç "Çelsi"nin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt portalında onun təxmini dəyəri 25 milyon avro göstərilib.


15325 oxunub

InvestAZ