XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda keçirilən beynəlxalq turnirə yekun vurulub
İdman 13:06 / 05.06.2023

Bakıda keçirilən budo döyüş növləri üzrə beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Şimali Kipr, Qırğızıstan, Tacikistan, İraq, Gürcüstan və Əfqanıstandan idmançılar iştirak ediblər.

Yarışın açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib.

Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən səfir Cahit Bağçıya təşəkkür diplomu, Dünya Budo Döyüş Növləri Federasiyasının prezidenti Eyup Gökbilenə isə plaket təqdim olunub.

Qeyd edək ki, yeniyetmə, gənc və böyüklər arasında təşkil olunan turnir "fri kontakt”, "full kontakt” və "submission” qaydaları üzrə keçirilib.


6634 oxunub

InvestAZ