XƏBƏR LENTİ
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023
19 Sentyabr 2023



AVF bölgələrdə seleksiya işləri həyata keçirir
İdman 12:28 / 05.06.2023

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Bu işlər çərçivəsində türkiyəli mütəxəssis Şahin Çatma Şimal-Qərb bölgəsinə səfər edib. Səfərdə AVF-nin nümayəndələri də iştirak ediblər. Ş.Çatma Qəbələ, Oğuz və Şəki rayonlarında voleybolla məşğul olan 15 yaşadək qızların seleksiya məşqini izləyib, əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.

Qeyd edək ki, türkiyəli mütəxəssis daha əvvəl Bakının 138 saylı orta məktəbində təhsil alan voleybolla məşğul olan qızların məşqinə baxış keçirib.


2537 oxunub

InvestAZ