XƏBƏR LENTİ
16 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024



Karate yarışları başqa şəhərdə keçiriləcək 
İdman 17:09 / 23.05.2023
Polşanın ev sahibliyi etdiyi III Avropa oyunlarına daha bir şəhər əlavə edilib. Belə ki, Oyunlar zamanı karate yarışları Bielsko-Biala şəhərində təşkil olunacaq. Bu barədə ötən həftə böyük bir tədbir keçirilib. Tədbirdə şəhər meri Yaroslav Klimaşevski, III Avropa Oyunları Təşkilat Komitəsinin vitse-prezidenti Maçey Kurp, Avropa Karate Federasiyasının baş katibi Davor Çipek, Polşa Karate İttifaqının nümayəndələri Pavel və Konrad Poltojeçki iştirak ediblər.
Şəhər meri Yaroslav Klimaşevski tədbirdə çıxış edərək deyib: "Yarışlara 36 gün qalmış belə bir qərar gözlənilməz oldu. Amma buna görə heç bir narahatlıq hiss etmirik. Bizim şəhər bu yarışların bir hissəsi olmaqdan çox məmnundur. Dəfələrlə beynəlxalq miqyaslı yarışlara ev sahibliyi etmişik. Hesab edirik ki, biz bu sınaqdan da uğurla çıxa biləcəyik”
III Avropa Oyunları Təşkilat Komitəsinin vitse-prezidenti Maçey Kurp da çıxışında bir sıra məqamlara toxunub. "Karate yarışları hər zaman böyük maraqla qarşılanıb. Bu idman növü üzrə yarış diqqətləri Bielsko-Biala şəhərinə yönəldəcək. Bu tərəfdaşlıqdan çox məmnunuq ", - deyə vitse-prezident vurğulayıb.
Çıxışlar başa çatdıqdan sonra tərəfdaşlıq memorandumu imzalanıb, Avropa Oyunlarının bayrağı təqdim edilib.

8247 oxunub

InvestAZ