XƏBƏR LENTİ
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
29 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023



“Çempionatın imici barədə artıq şübhə yaranmağa başlayır”
İdman 10:48 / 23.05.2023

"Roma”nın baş məşqçisi Joze Mourinyo "Yuventus” klubundan 10 xal silinməsinə münasibət bildirib. Portuqaliyalı mütəxəssis Turin klubuna verilən cəzanı ədalətsiz olduğunu hesab edib.

""Yuventus”a verilən cəza bir zarafat kimidir. Bizim üçün, onlar üçün, hər kəs üçün bu cürdür. Mövsümün başa çatmasına 2 oyun qalmış bu qərarın verilməsini, xalların silinməsini anlamaq olmur. "Yuventus” klubu Alleqrinin baş məşqçiliyi altında əziyyətlə xallar qazanmışdı. Onlara görə həqiqətən məyusam. Mənim üçün çempionatın imici barədə artıq şübhə yaranmağa başlayır", - deyə Joze Mourinyo bildirib.

Qeyd edək ki, maliyyə pozuntuları ilə bağlı aparılan araşdırmanın yekununda "Yuventus”un 10 xalı silinib. "Qoca sinyora” bununla da İtaliya çempionatında 8-ci pilləyə enib.


3524 oxunub

InvestAZ