İtaliya millisinin baş məşqçisi Roberto Mançini PSJ-ni çalışdıra bilər. Qeyd olunur ki, klubun çempionluq ambisiyalarının öhdəsindən gəlmək bacarığına görə Mançininin namizədliyi PSJ-nin prezidenti Nasser Al-Xelaifi tərəfindən nəzərdən keçirilir. Mütəxəssisin komandalarının hücum üslubu, Paris təmsilçisinin liderləri Marko Verratti və Canluici Donnarumma ilə münasibətləri də qeyd olunur.
Mançini klub səviyyəsində Sankt-Peterburqun "Zenit”, İngiltərənin "Mançester Siti” və İtaliyanın "Latsio” və "İnter” klublarında çalışıb.
4820 oxunub