XƏBƏR LENTİ
29 May 2023
25 May 2023
24 May 2023
23 May 2023



Ölkə çempionatlarında yarımfinal mərhələsinin vaxtı dəqiqləşdi
İdman 10:44 / 27.03.2023

Voleybol üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin oyunlarına start veriləcək. Mərhələnin ilk qarşılaşmaları martın 29-da və 30-da keçiriləcək.

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov" və MOİK, "Xarı bülbül" isə "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə keçirilmiş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.


2422 oxunub

InvestAZ