XƏBƏR LENTİ
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023



Sabah voleybol çempionatında növbəti tura start veriləcək
İdman 13:11 / 08.02.2023

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib. Qadınlar arasında Yüksək Liqada II dövrənin son turu fevralın 9-da təşkil olunacaq.

VI turun ilk qarşılaşması "Abşeron” - "Murov” komandaları arasında olacaq. Görüş saat 16:00-da başlanacaq.

Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və "Azərreyl” klubları üz-üzə gələcəklər.

Kişilər arasında Yüksək Liqada VI turun oyunları isə fevralın 10-da təşkil olunacaq. Həmin gün ilk olaraq saat 16:00-da MOİK - "Neftçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər. II dövrənin son matçında isə "Xarı bülbül” klubu "Murov”la qarşılaşacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşmalar Voleybol Mərkəzində təşkil olunacaq.


2185 oxunub

InvestAZ