XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024



Azərbaycan çempionatı: voleybolçular meydana qara sarğı ilə çıxdılar
İdman 09:28 / 08.02.2023

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan hər iki matç Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. Həmçinin komandalar meydana qara sarğı ilə çıxıblar.

Günün ilk matçında "Murov” MOİK-lə üz-üzə gəlib. Matçın qalibi tay-brekdə müəyyənləşib. Birinci hissədə 25:23 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası növbəti setdə də üstün olub - 26:24. Üçüncü hissədə toparlanan "Murov” sonrakı iki setdə 25:15 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib - 2:2. Həlledici setdə 15:7 hesabı ilə üstün olan "Murov" görüşü öz xeyrinə başa vurub - 3:2 (23:25, 24:26, 25:15, 25:15, 15:7).

Turun növbəti qarşılaşması "Xarı bülbül" və "Neftçi" klubları arasında olub. Gərgin keçən ilk seti "Neftçi" iki xal fərqi ilə öz xeyrinə tamamlayıb - 25:23. Bundan sonra təşəbbüsə yiyələnən "Xarı bülbül" ikinci hissədə qələbə qazanaraq (25:13) ümumi hesabı bərabərləşdirib - 1:1. Sonrakı setlərdə isə "Neftçi" rəqibini 25:14 və 25:23 hesabları ilə üstələyərək meydandan qalib ayrılıb - 3:1 (25:23, 13:25, 25:14, 25:23) .

Beləliklə, V turdan sonra "Murov” 14 xalla liderliyini davam etdirir. 9 xala malik "Xarı bülbül” ikinci, 6 xalı olan "Neftçi” üçüncü yerdə qərarlaşıb. Bu gün ilk xalını qazanan MOİK isə sonuncu pillədir.


9858 oxunub

InvestAZ