XƏBƏR LENTİ
13 May 2025
12 May 2025
11 May 2025
10 May 2025
09 May 2025



Badmintonçular Bakı biriciliyində mübarizə aparıblar
İdman 11:12 / 04.12.2023

2005-2006-cı illər təvəllüdlü badmintonçular arasında Bakı birinciliyi keçirillib.

Azərbaycan Badminton Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.

Şəxsi yarışlarda oğlanlar arasında Murad Şabanzadə, qızların mübarizəsində isə Nigar Səmədova

qalib adını qazanıblar. Murad Şabanzadə - Samir İbrahimi cütlüyü oğlanların, Mədinə Nağıyeva - Nigar Səmədova cütlüyü isə qızların qoşa yarışlarında qızıl medala sahib çıxıb. Qarışıq qoşa yarışında isə Murad Şabanzadə və Nigar Səmədova cütlüyü bütün rəqiblərindən güclü olmağı bacarıblar. İlk üç yerin sahibləri təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.


14005 oxunub

InvestAZ