XƏBƏR LENTİ
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025



"El Klasiko" öncəsi gərginlik: azarkeşlər arasında dava polisin müdaxiləsi ilə nəticələndi
İdman 22:24 / 26.04.2025
Xəbər verdiyimiz kimi, bu gün İspaniya Kral Kubokunun finalında "El Kasiko" baş tutacaq. 
Olimpiyadunyasi.com xəbər verir ki, derbi öncesi komandaların azarkeşləri arasında rəqabət pik həddə çatıb. 
"Barselona" və "Real Madrid" azarkeşləri arasında baş verən insidentdə tərəflər bir-birinə hücum edib, nəticədə dava böyüyərək polisin müdaxiləsi ilə nəticələnib. 
Hadisə zamanı "Barselona" azarkeşləri Real Madrid formalarını yandıraraq qarşı tərəfi təxribata çəkib. Qızğın mübahisə bir neçə dəqiqə içində əlbəyaxa davaya çevrilib. Polis əməkdaşlarının müdaxiləsindən sonra üç "Barselona" və iki "Real Madrid" azarkeşi saxlanılıb.
Qeyd edək ki, final oyunu bu gün saat 00:00-da Sevilyadakı "La Kartuja” stadionunda keçiriləcək. 

1039 oxunub

InvestAZ