XƏBƏR LENTİ
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025



"Prezident Kuboku-2025" beynəlxalq reqatasında ikinci yarış gününüə start verilib
İdman 10:52 / 01.05.2025
Bu ümumilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan "Prezident Kuboku-2025” beynəlxalq reqatasında ikinci yarış gününə start verilib.
Olimpiyadunyasi.com xəbər verir ki, Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən reqatanın ikinci günündə idmançılar kayak, kanoe və akademik avarçəkmənövləri üzrə müxtəlif yaş və məsafələrüzrə mübarizə aparırlar. Kayak üzrə tək (K1) və cüt (K2) qayıqlarda 2007-2008, 2009-2010 və 2011-2012-ci illər təvəllüdlü idmançılar iştirak edirlər. Kanoe üzrə tək (C1) qayıqlarda isə 2008-2009-cu illər təvəllüdlü idmançılar güclərini sınayırlar. Bu gün həmçinin akademik avarçəkmə növü üzrə də müxtəlif məsafələrəyarışlar keçiriləcək.
Qeyd edək ki, Azərbaycan idmançıları Suqovuşan su anbarında təşkil olunan beynəlxalq reqatanın ilk günündə 3 bürünc medal qazanıblar. Təmsilçilərimizdən Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

88 oxunub

InvestAZ