XƏBƏR LENTİ
02 May 2025
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025



25 il sonra yenidən görüşəcəklər
İdman 22:38 / 01.05.2025
"Fiorentina” və "Mançester Yunayted” son görüşlərindən 25 il sonra yenidən meydanda qarşılaşacaqlar. Həmin yoldaşlıq görüşü həm Premyer Liqa, həm də İtaliya A Seriyasında yeni mövsümlərin başlamasına az qalmış, yəni avqustun 9-da "Old Trafford”da təşkil olunacaq. Xatırladaq ki, bu klublar sonuncu dəfə Çempionlar Liqasının 1999/2000-ci il mövsümündə üz-üzə gəliblər. Hər iki  matçda Qabriel Batistuta "bənövşəyilər”ə qələbə qazandıran qolun müəllifi olmuşdu. 

210 oxunub

InvestAZ