XƏBƏR LENTİ
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
23 May 2025
22 May 2025



Tramp çempionları Ağ Evdə təbrik edib
İdman 21:36 / 30.04.2025
2024-25 Milli Futbol Liqasının (NFL) çempionu olan "Filadelfiya İqlz” komandası ABŞ prezidenti Donald Trampın dəvəti ilə Ağ Evi ziyarət ediblər. BBC-nin Ağ Evdəki nümayəndəsinin verdiyi məlumata görə, "İqlz”ın əksər oyunçuları məlum olmayan səbəblərdən tədbirdə iştirak edə bilməyiblər. Heyətin aparıcı üzvü, «Super Bowl»un «ən yaxşı»sı seçilən yarımmüdafiəçi Jalen Harts da qəbulda görünməyib. Bununla belə, ABŞ prezidenti Hartsı xüsusi qeyd edərək, onu "möhtəşəm oğlan və möhtəşəm oyunçu” adlandırıb.
Xatırladaq ki, fevralın 8-də 2025-ci il Super Bowl matçında «qartallar» Nyu Orleanda keçirilən görüşdə «Kanzas Siti Çifs»ə qalib gəliblər - 40:22.
 

2099 oxunub