XƏBƏR LENTİ
02 May 2025
01 May 2025



"Prezident Kuboku-2025" beynəlxalq reqatasında son qaliblər müəyyənləşəcək
İdman 10:47 / 02.05.2025
Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasına bu gün yekun vurulacaq. 
Olimpiyadunyasi.com xəbər verir ki, yarışın son günündə kayak, kanoe və akademik avarçəkmə növlərində müxtəlif yaş və məsafələr üzrə son qalibər müəyyənləşəcək. 
Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ardınca mükafatlandırma mərasimi keçiriləcək. 
Qeyd edək ki, üç qitədən 20-dən çox ölkədən 200-dən artıq idmançının iştirakı ilə keçirilən yarışda Azərbaycan komandasının aktivində hazırda 3 gümüş və 5 bürünc medal var. 
Komandamıza gümüş medalları Əlimurad Hacızadə, Nurlan Paşayev və Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü qazanıb. 
Bürünc medalları isə millimizin aktivinə Amil Ramazanov, Əlimurad Hacızadə, Mustafa Vəlizadə (2 bürünc) və Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü yazdırıb.  
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış artıq üçüncü ildir ki, Avropa Kanoe Assosasiyasının rəsmi təqvim planına daxil edilir.  
Beynəlxalq reqata həmçinin, sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə təşkil olunacaq III MDB oyunları çərçivəsində keçiriləcək avarçəkmə yarışları üçün sınaq xarakteri daşıyır. 

234 oxunub

InvestAZ