Formula 1 üzrə «Williams» komandasının rəhbəri Ceyms Voulz sosial media səhifəsində «GB1 GameBird» və «Pilatus PC-9» ilə uçuşu barədə informasiya paylaşıb. Ceyms San-Fransiskoda (ABŞ) «Qızıl Qapı» körpüsü üzərindən necə uçduğunu göstərib. "Dan Drohan və Sean Taker ilə fantastik iki gün uçuşa görə təşəkkür edirəm. Hər şey heyrətamiz idi. Mən «GameBird» və PC9-la unikal təcrübə topladım», - deyə Voules qeyd edib.
411 oxunub