XƏBƏR LENTİ
01 May 2025
30 Aprel 2025
29 Aprel 2025



Avropa Liqasında yarımfinal həyəcanı başlayır
İdman 11:41 / 01.05.2025

Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Olimpiyadunyasi.com xəbər verir ki, günün hər iki oyunu saat 23:00-da başlayacaq. İngiltərə təmsilçisi "Tottenhem” doğma meydanda Norveçin "Budyo Qlimt” klubu ilə qarşılaşacaq. Oyunun baş hakimi ispaniyalı referi Juan Sançes olacaq.
Günün digər qarşılaşmasında isə İspaniyanın "Atletik Bilbao” klubu ilə İngiltərənin "Mançester Yunayted” klubları üz-üzə gələcək.
Bilbaodakı "San Mames” stadionundakı oyunun baş hakimi isə norveçli Espen Eskas olacaq.


158 oxunub

InvestAZ